İnformatikadan Məsələlər 1
Aşağıda qəbul imtahanlarında həmişə qarşımıza çıxan məsələ tipləri verilmişdir. Magistr imtahanına bir neçə gün qalmış ümid edirəm bu məsələlər az da olsa Sizə kömək olar.
1.
512×1024
nöqtədən ibarət olan qrafik təsvir 4 rəng çalarına malikdirsə, onun həcmini
tapın.
A) 64 kb
B) 128 kb
C) 120 kb
D) 30 kb
E) 32 kb
2.
512×512 nöqtədən ibarət olan qrafik təsvir 2 rəng
çalarına malikdirsə onun həcmini tapın.
A) 64 kb
B) 128 Kb
C) 120 Kb
D) 30 Kb
E) 32 Kb
3.
1024×1024 nöqtədən ibarət olan qrafik təsvir
yaddaşda 128 Kb yer tutursa, o neçə rəng çalarına malikdir?
A) 2
B) 4
C) 6
D) 8
E) 16
4.
n×1024 nöqtədən ibarət olan qrafiki təsvir yaddaşda
384 Kb yer tutur və 8 rəng çalarına malikdirsə n –i tapın.
A) 1024
B) 512
C) 256
D) 1000
E) 128
5.
512×256 nöqtədən ibarət olan qrafik təsvir 16 rəng
çalarına malikdirsə onun həcmi neçə Kb olar?
A) 32
B) 30
C) 64
D) 128
E) 16
6.
256×128 nöqtədən ibarət olan qrafik təsvir yaddaşda
12 Kb yer tutursa, bu təsvirdə neçə rəng çaları mövcuddur?
A) 3
B) 16
C) 8
D) 32
E) 2
7.
32 rəngli qrafik təsvir 512×256 nöqtədən ibarətdirsə,
o yaddaşda nə qədər yer tutar?
A) 100 Kbayt
B) 80 Kbayt
C) 50 Kbayt
D) 200 Kbayt
E) 30 Kbayt
8.
Sənədin hər səhifəsində 32 sətr və hər sətrdə 64
simvol yerləşir. ASCII kodlaşdırması ilə yazılmış bu sənəd yaddaşda 240 Kb yer
tutursa, bu sənədin neçə səhifəsi var?
A) 240
B) 120
C) 100
D) 60
E) 80
9.
Hər səhifəsində 32 sətr və hər sətrində orta
hesabla 64 simvol olan fayl Unicode standartında yığılıb və yaddaşda 100 Kbayt
yer tutur. Arxivləşdirmə proqramı ilə 20% sıxıldıqdan sonra bu sənədin səhifələrinin
sayı neçə olacaq?
A) 20
B) 25
C) 15
D) 32
E) 18
99.
İşçilər haqqındakı cədvəlin hər sətri yaddaşda 64
Kbayt yer tutur. Hər sətrdə bir işçi haqqında məlumat göstərilib və işçilərin
sayı 128 -ə bərabərdir. İşçilər haqqındakı bu cədvəl yaddaşda neçə Mbayt yer
tutar?
A) 4
B) 8
C) 6
D) 16
E) 32
10.
Qovluğun ümumi həcmi 12 Mbaytdır. Bu qovlıqdan 3,5 Mbaytlıq
video, 2560 Kbaytlıq mətn və 1024 Kbaytlıq musuqi faylı silindi. Bundan sonra
qovluğun həcmi nə qədər olacaq (Mbaytla)?
A) 7
B) 6
C) 5
D) 8
D) 10
E) 9,5
11.
Lazer printeri saniyədə 1 Kbayt informasiya çap edə
bilir. Hər səhifəsində 32 sətr və hər sətrində 64 simvol olan 120 səhifəlik sənədin
çap olunması üçün neçə dəqiqə lazımdır?
A) 2
B) 3
C) 4
D) 5
E) 1