20.02.2015

İnformatikadan Məsələ izahı 2

İnformatikadan Məsələ izahı 2




Salam. Bu dəfə Sizə fərqli tip bir məsələnin həlli ilə bağlı kömək etməyə çalışacağam (keçən il qəbula bu tip məsələ düşüb).


İnternetdə “informatika” və “kitab” sözlərinin axtarışı üzrə
aşağıdakı kimi nəticələr əldə edilmişdir:
Axtarış
Nəticə (min.)
Kitab OR informatika
21
Kitab AND informatika
6
Kitab
14


“ informatika” axtarışının nəticəsini təyin edin.

Bu məsələnin həllini daha yaxşı başa düşmək üçün aşağıdakı şəkildən istifadə edək:


Deməli, şərti olaraq "kitab" axtarışının nəticəsi qırmızı, "informatika" axtarışının nəticəsi sarı rənglə göstərilmişdir. Lakin, elə məlumatlar da var ki, burada həm "kitab" sözü, həm də "informatika" sözü mövcuddur (sarı - qırmızı kürələr).

Kitab OR informatika = "qırmızı kürələr" + "sarı kürələr" + "sarı - qırmızı kürələr" = 8 + 7 + 6 = 21
Kitab AND informatika = "sarı - qırmızı kürələr" = 6
Kitab = "qırmızı kürələr" + "sarı - qırmızı kürələr" = 8 + 6 = 14

Əgər, Kitab OR informatika axtarışının nəticəsindən Kitab axtarışının nəticəsini çıxsaq (21 - 14 = 7) təkcə daxilində informatika sözü olan nəticələr alınacaq, həm informatika həm də kitab sözü olan nəticələr isə itəcək. Ona görə də tapılan bu nəticənin üzərinə Kitab AND informatika nəticəsini əlavə etmək lazımdır:
informatika = Kitab OR informatika - Kitab + Kitab AND informatika = 21 - 14 + 6 = 13
Beləliklə, informatika axtarışının nəticəsi 13  olacaq.
Ümid edirəm yararlı olacaq.
UĞURLAR...