MBA haqqında məlumat
MBA (Master of Business Administration)
– menecmentdə (idarəetmədə) ixtisas dərəcəsidir. Bu ixtisas dərəcəsini
magistraturaya qəbul imtahanı (I mərhələ) zamanı minimal nəticəni göstərən hər hansı
bakalavr ixtisasından aslı olmayaraq seçə bilər. Bütün dünyada geniş yayılmış
MBA proqramı son illərdə Ölkəmizdə də diqqət mərkəzindədir və hər keçən il bu
sahəyə maraq artır.
Bir çox tələbələrin
MBA istiqamətini seçməsinin əsas səbəbi, öz ixtisaslarından başqa, əlavə
ixtisasa da yiyələnmək istəyidir. Belə ki, MBA ixtisas dərəcəsi biznesin bir
sıra sahələrində işləmək üçün (marketinq, maliyyə, menecment və s.) güclü bir
silah sayılır.
MBA üzrə təhsil
almaq istəyən tələbələr birinci mərhələdə digər bakalavrlarla birgə Məntiq,
İnformatika və Xarici dildən imtahan verməlidir. İkinci mərhələdə isə suallar Riyaziyyat
və GMAT (Graduate Management Admission Test) üzrə
olacaq. GMAT sualları verilənlərin təhlili və kafiliyinin müəyyən edilməsi, şərtlərin
yetərli olub olmamasının müəyyən olunması üzərində qurulur.
Yaxın vaxtlarda MBA proqramına hazırlaşanlar üçün VideoDərslər yerləşdiriləcək...