Məntiq Məsələləri (İzahla)
1. Atanın 34 yaşı, onun 3 övladının isə 2, 4 və 6 yaşı var. Neçə ildən sonra atanın yaşı evladlarının yaşının iki misli olacaq?
Həlli:
X il sonra evladların yaşı uyğun olaraq 2 + x, 4 + x, 6 + x , atanın
yaşı isə 34 + x olacaq, buna əsasən :
(2 + x + 4 + x + 6 +
x)*2 = 34 + x → (12 + 3x)*2 = 34 + x →
→ 24 + 6x = 34 + x → 5x =10 → x =2
2. Həsənin yaşı Bəhruzun yaşından 6 dəfə çoxdur, iki il sonra onların
yaşları cəmi 32 olacaq. Bəhruzun indi neçə yaşı var?
Həlli: Bəhruzun yaşı – x, onda Həsənin yaşı 6x olar. İki il sonra isə uğun olaraq
onların yaşları x + 2
və 6x + 2 olacaq. Beləliklə
→ x
+ 2 + 6x + 2 = 32 → 7x + 4 = 32 →
7x = 28
→ x = 4
1 3. İki avtomobil 60 km/saat və 80 km/saat sürətlə düzxətli yolda eyni nöqtədən
əks istiqamətdə hərəkətə başlayır. 3 saat sonra onlar arasındakı məsafəni təyin
edin.
Həlli: S = (v1 + v2)t = (60 +
80)*3 = 140 * 3 = 420 km
1 4. İki avtomobil eyni nöqtədən və eyni isiqamətdə düzxətli yolda hərəkətə
başlayır. Onlardan birinin sürəti 60 km/saat, digərinin sürəti isə 80 km/saat
olarsa 3 saat sonra iki avtomobil arasındakı məsafə nə qədər olacaq?
Həlli: S = (V1 – V2)t = (80 –
60)*3 = 20 * 3 = 60 km
5. Düzxətli yolda A və B məntəqələrindən iki avtomobil qarşı – qarşıya
(eyni anda) hərəkətə başladı. Avtomobillərdən birinin sürəti 60 km/saat, digərinin
sürəti isə 80 km/saat –dır. Avtomobillər 2 saat sonra görüşərsə, A və B məntəqələri arasındakı məsafəni təyin
edin.
Həlli: S = (V1 + V2)t
= (60 + 80)* 2 = 140 * 2 = 280
1 6. Satış qiyməti 500 AZN olan məhsulun qiyməti yanvar ayında 20% yüksəldi.
Yeni qiymət mart ayında yenidən 10% yüksələrsə yeni satış qiymətini təyin edin.
Həlli: Əvvəlcə qiymət 20% artırılır:
Yeni qiymət (600) mart ayında
yenidən 10% artırılır:
Cavab: 660 AZN