MBA Qəbul Proqramı, İxtisaslar və Universitetlər
Magistraturanın ikinci mərhələsində MBA (Master of Business Administration) istiqaməti seçən bakalavrlar üçün QƏBUL PROQRAMI (56-cı proqram):
1. Riyaziyyat:
1.1 Cəbr
- Həqiqi ədədlər.
- Cəbri ifadələr. Çoxhədlilər və onlar üzərində əməllər. Çoxhədlilərin vuruqlara ayrılması.
- Ardıcıllıqlar. Ədədi və Həndəsi silsilə.
- Faiz. Faizə aid məsələ həlli.
- Tənasüb qrulmasına aid məsələ həlli.
- Tənliklər. Kvadrat tənlik və onun həlli. Tənliklər sistemi.
- Bərabərsizliklər və onların həlli. Xətti bərabərsizliklər sistemi və onların həlli.
- Funksiya. Funksiyanın tədqiqi.
- Törəmə. Törəmənin tapılması. Törəmə vasitəsi ilə funksiyanın araşdırılması.
- Kombinatorika elementləri. Ehtimal nəzəriyyəsinin elementləri.
1.2 Həndəsə
- Koordinat sistemi.
- Vektorlar və onlar üzərində əməllər.
- Düz xətt. Parça. Düz xəttlərin qarşılıqlı vəziyyəti. Bucaq. Bucağın növləri.
- Düz xətt tənliyi. İki nöqtə arasındakı məsafənin tapılması.
- Çoxbucaqlılar: üçbucaq, paraleloqram, düzbucaqlı, trapesiya. Onların xassələri, sahəsi və perimetri.
- Çevrə. Çevrənin uzunluğu. Dairə və onun sahəsi.
- Paralelopiped, silindir, kürənin həcmi və səthinin sahəsi.
- Cədvəllər, qrafiklər, dairəvi və düzbucaqlı dioqramlar, histoqramlar.
2. Verilənlərin təhlili və kafiliyi (GMAT - Graduate Management Admission Test)
- Şərtlərin təhlili və məsələnin həlli üçün gərəkli olan şərtlərin seçimi. Ədədi, qrafik və cədvəl formasında olan məlumatların təhlili və qanunauyğunluqların aşkarlanması.
- Məsələnin riyazi qoyuluşunun təhlili. Riyazi məsələlərin və sualların məzmununun dərk edilməsi. Şərtlərdəki informasiyanın məsələnin həlli üçün kafi olub - olmamasının müəyyən edilməsi.
QEYD: yuxarıda göstərilənlər TQDK - nın 2014 - 2015 -ci illər üçün hazırladığı MBA proqramına əsasən yazılmışdır.
MBA üzrə hazılaşanlar üçün aşağıdakı ixtisaslar nəzərdə tutulur:
- Marketinq
- Maliyyə
- Biznesin Təşkili
- Biznesin İdarə Edilməsi
- Menecment
- Qiymətli kağızlar
- Bank işi
- İnformasiya texnologiyaları
- Beynəlxalq İqtisadi Münasibətlər
- İnsan resurslarının idarə olunması və s.
MBA seçməklə Siz aşağıdakı universitetlərə qəbul ola bilərsiniz:
- Qafqaz Universiteti
- Azərbaycan Dövlət İqdisad Universiteti
- Azərbaycan Dövlət Neft Akademiyası
- Xəzər Universiteti
- Azərbaycan Universiteti
- Qərb Universiteti
- Gəncə şəhər Aqrar Universiteti
Qeyd edim ki, MBA üzrə ixtisasların siyahısı və Universitetlərin sayı bu il üçün arta bilər, yuxarıda qeyd edilənlər keçən ilki məlumatlardır.
MBA istiqamətini seçmək istəyən bakalavrlar I mərhələdən ən azı 45 bal ( məntiq minimal - 15, informatika - 5, xarici dil - 5 bal olmaqla), II mərhələdən isə 20 bal toplamalıdır.
Yaxın vaxtlarda MBA üzrə hazırlaşanlar üçün VideoDərslər blokda yerləşdiriləcək.
Əlaqə:
fb: Sübhan Musayev
fb: Sübhan Musayev